AZ

"Makkabi"nin rəqibinin mətbuat konfransı ləğv edildi

Bu gün "Sabah"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Makkabi"nin baş məşqçisi Barak Baharın mətbuat konfransı keçirilməli idi.

"Football-plus.az" xəbər verir ki, "Bank Respublika Arena"da baş tutması gözlənilən tədbir ləğv edilib. Buna rəqibin yolculuq etdiyi təyyarənin Bakıya gecikməsi səbəb olub.

Qeyd edək ki, "Sabah" - "Makkabi" oyunu sabah saat 20.00-da başlayacaq.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
football-plus.az

2Mənbələr