AZ

Respublika Endokrinoloji Mərkəz şəkərli uşaqlara xüsusi cihazlar paylayır - FOTOLAR

Respublika Endokrinoloji Mərkəz də şəkərli diabetdən əziyyət çəkən 5-15 yaşlı uşaqların davamlı qlükoza monitorinq cihazı ilə təmin olunmasına başlanılıb.
"BusinessTime" xəbər verir ki, bu cihazların artıq Mərkəz tərəfindən qeydiyyatda olan uşaqlara paylanılmasına başlanılıb.
Şəkərli diabetdən əziyyət çəkən 5-15 yaşlı uşaqlar bundan sonra Respublika Endokrinoloji Mərkəz tərəfindən davamlı qlükoza monitorinq cihazı ilə təmin olunacaq.
Övladı şəkərli diabetdən əziyyət çəkən hər bir valideyn cihaz vasitəsilə bundan sonra uşağını xəstəxanaya aparmadan, həkimə müraciət etmədən, ağrısız şəkildə qandakı şəkər dəyərinə daim nəzarət edə biləcək. 
Qeyd edək ki, indiyə qədər diabet xəstələrinə şəkər ölçən qlükometr cihazı verilirdi. Qlükometr cihazı vasitəsilə qanda şəkəri ölçmək üçün gündə 4-7 dəfə uşağın barmağından qan alınaraq həyata keçirilirdi, bu da uşaqlarda iynə fobiyası yaratdığına görə həm uşaqlarda, həm də valideynlərə çətinlik yaradırdı.
Məlumdur ki, diabet xəstəliyinin müalicəsinin əsasını şəkəri nəzarət altında saxlamaq, özünə nəzarət  təşkil edir. Qanda davamlı qlükoza monitorinq sistemi vasitəsilə fizioloji olaraq da şəkərlərin amplitudasını izləmək və fəsadların qarşısını almaq mümkün olacaq.
Qeyd edək ki, hər bir pasiyentə 14 gündən bir dəyişmək şərtilə iki cihaz verilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
businesstime.az

1Mənbələr