AZ

Parisdə Olimpiya kəndində isti su yoxdur - İdmançılar narazılıq edir

Paris 2024-ün iştirakçısı,Qazaxıstan təmsilçisi, Triatlonçu Yekaterina Şabalina Olimpiya kəndində yaşayış şəraitini tənqid edib.

İdmançı bildirib ki, daha çox təşkilatçılıq aşağı səviyyədədir: “Məsələn, mən logistika problemlərinə görə hovuzda üzgüçülük məşqini buraxdım. Qazaxıstan idmançılarından ibarət komandanın yaşadığı bizim blokda isti su yoxdur”, - deyə Şabalina bildirib.

Bundan əvvəl daha bir neçə idmançı Olimpiya kəndində yaşayış şəraitini tənqid etmişdi. Xüsusilə, amerikalı tennisçi Kori Qauff, avstraliyalı üzgüçü Ariarne Titmus və serb tennisçi Novak Cokoviç narazı qalıb.

Olimpiya Oyunları avqustun 11-dək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
missiya.az

1Mənbələr