AZ

Zelenski xarici borcla bağlı ödənişləri dayandırıb

Ukrayna prezidenti Vladimir Zelenski hökumətə kreditorlarla restrukturizasiya üzrə razılığa gəlmək üçün xarici borc üzrə ödənişləri oktyabrın 1-dək dayandırmaq hüququ verən qanunu imzalayıb.

 

Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, iyunun sonunda ölkənin dövlət borcu 152,16 milyard dollar təşkil edib.


Qanun xarici borclar üzrə ödənişlərə moratorium tətbiq etmək hüququndan əlavə, hökumətə Avtomobil Yolları Dövlət Agentliyinin borcunu restrukturizasiya etməyə də icazə verir. Söhbət 2021-ci il üçün ümumi məbləği 700 milyon dollar olan avrobondlar seriyasından gedir.

 

Yada salaq ki, hərbi əməliyyatlar başlayandan sonra özəl kreditorlar Ukraynaya dövlət borcu üzrə ödənişləri dayandırmağa icazə veriblər. Dondurma müddəti avqustun 1-də başa çatır.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
oxu24.com

1Mənbələr