Ən azı 27 polis əməkdaşı xəstəxanaya çatdırılıb
Britaniyanın Southport şəhərində yerli sağçı radikallarla toqquşmalarda 50-dən çox polis əməkdaşı yaralanıb. AYNA xəbər verir ki, bu barədə Mersisayd Polis Federasiyasının sədri Kris Makqleyd “Sky News”a bildirib.
Ən azı 27 polis əməkdaşı xəstəxanaya çatdırılıb, qalanlarına tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilməkdən imtina ediblər. Toqquşmalarda 3 xidməti it də yaralanıb.
İğtişaşlara səbəb rəqs studiyasında üç uşağı - 6-9 yaş arası qızları bıçaqlayan 17 yaşlı yeniyetmə olub. Qəzəblənən sakinlər hadisəni törədənin müsəlman olması ilə bağlı yayılan xəbərlər fonunda yerli məscidin yaxınlığında etiraz aksiyası keçiriblər, lakin polis bunu təkzib edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta