AZ

Elcan Hacıyev Olimpiadada ağır zədə alıb - Rəsmi açıqlama

Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/8 final görüşü zamanı ciddi zədə alıb.

Arena.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançımız fransalı Nqayap Hambuya uduzduğu qarşılaşmada zədələnib.

Hacıyev görüşdən dərhal sonra xəstəxanaya aparılıb. İlkin müayinə nəticəsində çiynində sınıq aşkarlanıb.

Artıq Azərbaycan Cüdo Federasiyası da Elcan Hacıyevin son durumu ilə bağlı açıqlama yayıb. Xəbərdə bildirilir ki, ilkin müayinələr Elcanın çiynində sınıq olduğunu göstərir. MRT-dən sonra onun vəziyyəti ilə bağlı daha ətraflı məlumat veriləcək.

Xatırladaq ki, Elcan Hacıyev 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka ilə qarşılaşıb və bu rəqibinə qalib gəlib. Lakin 1/8 finalda Hambuya məğlub olan cüdoçumuz mübarizəni dayandırıb.

Paris-2024 avqustun 11-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
arena.az

1Mənbələr