AZ

Çin ABŞ konqresmeninə qarşı sanksiyalar tətbiq edib

Çin amerikalı demokrat konqresmen Cim Makqovernə qarşı ÇXR-in suverenliyinə xələl gətirən hərəkətlərə görə məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Bizimyol.info xəbər verir ki, Müvafiq bəyanat Çin Xarici İşlər Nazirliyinin saytında dərc olunub. “Son illərdə Massaçusets Demokratik Nümayəndəsi Cim Makqovern tez-tez Çinin daxili işlərinə müdaxiləni təşkil edən və Çinin suverenliyinə, təhlükəsizliyinə, eləcə də inkişaf maraqlarına xələl gətirən bəyanatlar, həmçinin hərəkətlər edir. Çin Xalq Respublikasının (ÇXR) “Xarici sanksiyalar haqqında” qanununun 3, 4, 5, 6, 9 və 15-ci maddələrinə uyğun olaraq, Çin əks tədbirlərə əl atmaq qərarına gəlib”, - Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Çin hakimiyyətinin qərarına əsasən, Makqovernin ÇXR-dəki əmlakı dondurulacaq, çinli təşkilat və şəxslərə konqresmenlə əməkdaşlıq, həmçinin digər fəaliyyətlər qadağan ediləcək. Bundan əlavə, ona və ailə üzvlərinə Çinə giriş qadağan ediləcək. Bu tədbirlər 31 iyul 2024-cü il tarixindən qüvvəyə minir. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
bizimyol.info

1Mənbələr