AZ

Olimpiya rekordu yenilənib: İdmançı 3,19 saniyə ilə önə keçib

Kişilər arasında 800 metr məsafəyə sərbəst üzgüçülük yarışlarında irlandiyalı Daniel Viffen ukraynalı Mykhailo Romançukun tutduğu 7 dəqiqə, 41 saniyə, 28 saniyəlik olimpiya rekordunu yeniləyərək qızıl medal qazanıb. Bizimyol.info xəbər verir ki, Paris 2024 Olimpiya Oyunlarının üzgüçülük növündə kişilər arasında 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında Olimpiya rekordu yenilənib. Parisdəki La Defense Arenada keçirilən yarışda qızıl medalı irlandiyalı Daniel Viffen qazanıb. İrlandiyalı üzgüçü 7 dəqiqə 38 saniyə 19 millisaniyəlik nəticə ilə yeni Olimpiya rekordunu da yeniləyib. Əvvəlki rekord 2020-ci il Tokio Olimpiya Oyunlarında 7 dəqiqə, 41 saniyə və 28 millisaniyəlik nəticə ilə ukraynalı Mixailo Romançuk tərəfindən yenilənib. Gümüş medalı amerikalı Bobbi Finke 7 dəqiqə, 38 saniyə, 75 millisaniyə, italiyalı üzgüçü Qreqorio Paltrinieri isə 7 dəqiqə, 39 saniyə və 38 millisaniyəlik nəticə ilə qazanıb. Hər üç medal qazanan üzgüçünün Tokio-2020 Olimpiya Oyunlarında müəyyən edilmiş rekordu üstələməsi diqqətçəkən idi. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
bizimyol.info

1Mənbələr