AZ

SEPAH müharibəyə hazırlaşır

SEPAH müharibəyə hazırlaşır




HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi İranı şoka salıb. Ötən aprel ayında İsrailə qarşı genişmiqyaslı hücum həyata keçirən İranın öz ərazisində baş verən sui-qəsdə reaksiyası maraq doğurur.Britaniya mediası İranın mümkün cavabı ilə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli rəhbərləri ilə əlaqə saxlayıb."Telegraph" qəzetinə Tehrandan açıqlama verən SEPAH rəsmisi İsmail Haniyəyə qarşı sui-qəsdin korpusu şoka saldığını ifadə edib."Seçimlərimizi qiymətləndiririk. Əgər sionist rejimin bunun arxasında olduğu təsdiqlənərsə, aprel hücumundan daha sərt cavab masada olacaq. Bu, suverenliyimizə qarşı hücumdur", - deyə o bildirib.İranlı hərbi rəsmilər sui-qəsdin müharibə ilə nəticələnəcəyi barədə həmfikirdirlər. Belə ki, SEPAH-ın yüksəkrütbəli üzvü "New York Times"a verdiyi açıqlamada sui-qəsdin İrana müharibə elanı olduğunu söyləyib.Mənbə: Haber Global

Seçilən
35
5
patrul.az

2Mənbələr