AZ

Abşeronda qurumuş ağaclar yol kənarlarından götürüləcək - Fotolar

Abşeronda qurumuş ağaclar yol kənarlarından götürüləcək - Fotolar




Abşeron rayonunda qurumuş ağaclar yol kənarlarından götürüləcək.Patrul.az xəbər verir ki, bu barədə Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib.Diqqətə çatdırılıb ki, bu ilin yay aylarında havaların qeyri-sabit və quraq keçməsi, güclü küləkli günlərin sayının artması səbəbindən rayonun müxtəlif ərazilərində qurumuş və qəzalı vəziyyətə düşmüş ağaclar insan həyatı üçün, eyni zamanda infrastruktur, kommunikasiya xətləri və vətəndaşların əmlaklarına ciddi təhlükə yaradıb.Bununla əlaqədar olaraq son günlərdə rayon üzrə yaşıllıqların vəziyyəti ilə bağlı keçirilən monitorinqlərin intensivliyi artırılıb. Monitorinqlərin nəticəsi olaraq Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif ünvanlarda quru və qəzalı ağacların götürülməsinə rəy alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edilib.ETSN mütəxəssisləri tərəfindən ərazidəki ağaclara baxış keçirilib və onların götürülməsi ilə bağlı rəylər təqdim edilib. Bu rəylər əsasında ilk mərhələdə əsas avtomobil yollarından, mərkəzi küçələrdən, hərəkətin sıx olduğu ərazilərdən, yol kənarlarından qəzalı və qurumuş ağacların götürülməsi işlərinə başlanılacaq.Eyni zamanda Abadlıq və Kommunal Xidmətlər İdarəsinin əməkdaşları gündəlik olaraq mövcud ağaclara aqrotexniki qulluq göstərilməsi, ağac, kol və güllərin, qazon örtüyünün suvarılması işlərini həyata keçirirlər.Qeyd edək ki, götürülən hər bir ağacın yerində payız mövsümündə iqlimə uyğun yeni ağaclar əkiləcək.

Seçilən
97
16
patrul.az

10Mənbələr