AZ

Ceyhun Bayramov BMT rəsmisini COP29-a hazırlıqla bağlı məlumatlandırdı - FOTO

Ceyhun Bayramov BMT rəsmisini COP29-a hazırlıqla bağlı məlumatlandırdı - FOTO




Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Bik Lumu qəbul edib.Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlıqdan irəli gələn məsələlər, habelə regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.C.Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələrinin aradan qaldırılması, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində BMTQAK ilə həyata keçirilən birgə layihələrin əhəmiyyətini qeyd edib.Vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərə ləyaqətli qayıdışının təmininə istiqamətlənən “Böyük Qayıdış” proqramının ölkəmiz üçün əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırılıb və bu sahədə görülən işlər barədə qarşı tərəfə məlumat verilib.Nazir həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı qarşı tərəfi məlumatlandıraraq, COP29 çərçivəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Azərbaycanlı məcburi köçkünlər üçün son 30 il ərzində çoxsaylı layihələr həyata keçirildiyi, onların öz yurdlarına qayıdışının təmin olunması, eləcə də ANAMA ilə birgə humanitar minatəmizləmə sahəsində maarifləndirmə işi ilə bağlı təmsil etdiyi qurum tərəfindən dəstək göstərilməsinə hazır olduqları BMT nümayəndəsi tərəfindən qeyd edilib.Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Seçilən
80
36
patrul.az

10Mənbələr