AZ

Nothing Phone (2a) Plus smartfonu təqdim edilib - QİYMƏTİ

     Nothing şirkəti daha öncə də söz verdiyi kimi Nothing Phone (2a) Plus smartfonunu təqdim edib. Şirkətin bu yeni orta büdcəli smartfonu mart ayında təqdim edilmiş Nothing Phone (2a)-nın bir qədər təkmilləşdirilmiş versiyasıdır. Yeni smartfon xarici görünüşcə Nothing Phone (2a)-dan heç fərqlənmir. Beləliklə Nothing Phone (2a) Plus smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü yastı OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1300 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.     Bununla yanaşı smartfonun gövdəsi IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon özündə stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Nothing Phone (2a) Plus 4 nanometrlik MediaTek Dimensity 7350 Pro prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 50 MP ikili arxa kameranı və 50 MP-lik ön kameranı əldə edib.     Batareyaya gəldikdə isə Nothing Phone (2a) Plus 50 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan NothingOS 2.5 interfeysli Android 14 vasitəsilə çalışır. Nothing Phone (2a) Plus 3 avqust tarixində hələ ki, yalnız ABŞ, Böyük Britaniya və Hindistanda satışa çıxacaq. Digər ölkələrdə satışlara isə sentyabr ayında start veriləcək. Smartfonun qiyməti 334$-dan start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
technote.az

1Mənbələr