AZ

"Qəbələ"nin Küveyt klubu ilə oyununda 4 qol vuruldu

style='margin-bottom:10px;'>

2024-2025-ci illər mövsümünün hazırlığını davam etdirən “Qəbələ” ilk yoxlama oyununu keçirib. 

QOL.az xəbər verir ki, "qırmızı-qaralar” Qəbələdə təlim-məşq toplanışında olan Küveytin "Əl-Yarmuk" klubu ilə qarşılaşıb.

Görüşdə hesabı "Qəbələ" açıb. Baxışda olan seneqallı Loren Mendi Asiya təmsilçisinin qapısına yol tapıb. Küveyt klubu fasiləyədək hesaba tarazlıq gətirib.

İkinci hissədə “Qəbələ” yenidən fərqlənib. Baxışda olan braziliyalı Luizinyo Qedeş fərqlənib. Qonaq komanda bu topun əvəzini çıxa bilib – 2:2. 

Beləliklə, Qəbələ şəhər stadionunda təşkil olunan matç 2:2 hesabı ilə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
4
teleqraf.com

5Mənbələr