AZ

Qatlana bilən qapaqlı Huawei nova Flip-in yeni fotoları ortaya çıxıb

     Huawei dünən özünün nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı smartfonu olacaq Huawei nova Flip-in təqdimatını anons etdi. Sözügedən smartfon 5 avqust tarixində Çində təqdim ediləcək. İndi isə Çinin Weibo adlı sosial şəbəkəsində Huawei nova Flip-in yeni fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolara əsasən bu yeni smartfon bazara minimum 3 gövdə rəngində satışa çıxacaq. Smartfon kvadrat formalı kiçik xarici ekranı əldə edəcək. Məlumata əsasən xarici ekran zamanın və bildirişlərin əks olunması üçün nəzərdə tutulub. Üstəlik Huawei nova Flip ikili arxa kameranı əldə edəcək. Son məlumat sızıntılarına əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2690x1136 piksel keyfiyyətli 6.94 düym ölçülü daxili OLED ekranla təchiz olunacaq və Kirin prosessoru vasitəsilə çalışacaq. Üstəlik Huawei nova Flip-in 50 MP + 8 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı əldə edəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
technote.az

1Mənbələr