AZ

Növbəti iPhone SE üçün OLED ekranlar iki şirkət tərəfindən istehsal ediləcək

     Apple şirkətinin növbəti iPhone SE smartfonunu gələn ilin birinci yarısında təqdim edəcəyi gözlənilir. The Elec saytının vermiş olduğu yeni məlumata əsasən təqdim olunacaq növbəti iPhone SE üçün nəzərdə tutulmuş OLED ekranlar iki şirkət tərəfindən istehsal ediləcək. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Çinin BOE şirkəti növbəti iPhone SE üçün OLED ekranların istehsalı mövzusundakı tenderdə Samsung-a qalib gəlmişdi. Belə ki, BOE şirkəti OLED ekranları daha ucuz qiymətə istehsal edəcək.     Apple öz növbəsində daha öncə digər iPhone modelləri üçün ekranların istehsalı mövzusunda artıq BOE ilə əməkdaşlıq edib. Gözləntilərə əsasən isə növbəti iPhone SE üçün istehsal ediləcək OLED ekranların 60-70%-i məhz BOE-nin payına düşəcək. Bu isə il ərzində 20 milyon ədəd ekran deməkdir. Verilmiş yeni məlumatda isə qeyd edilib ki, növbəti iPhone SE üçün OLED ekranların istehsalı mövzusunda BOE şirkətinə həmçinin LG Display də qatıla bilər.     Güman olunur ki, BOE şirkəti növbəti iPhone SE üçün OLED ekranların 60-70%-ni istehsal edəcəyi halda yerdə qalan hissəsi LG Display tərəfindən istehsal ediləcək. Məlumata əsasən Apple növbəti iPhone SE üçün iPhone 13-ün ekran panelindən istifadə etməyi planlaşdırır. Bu öz növbəsində istehsal prosesini sadələşdirməli və istehsalat xərclərini aşağı salmalıdır. Son məlumat sızıntılarına əsasən yeni iPhone SE 6.06 düym ölçülü ekranı əldə edəcək. Qeyd etmək lazımdır ki, iPhone 13-ün ekran panelinin ölçüsü isə 6.1 düym təşkil edir. Çox güman ki, LG Display bu mövzu ilə bağlı yeni iPhone SE-nin ekran panelində bəzi dəyişiklikləri həyata keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
technote.az

1Mənbələr