AZ

Klopp məşqçilikdən getdiyini açıqladı


“Liverpul” və “Borussiya Dortmund”un keçmiş baş məşqçisi Yurgen Klopp işə qayıtmaq fikrində olmadığını deyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mütəxəssis “Sky Sport”a bildirib.
“Bu gündən məşqçi kimi işim başa çatıb. Mən öz istəyimlə getmədim, bu, ümumi bir qərar idi. Sadəcə kənara çəkilib işi geridə qoymağın vaxtıdır”, - Klopp deyib.
Alman məşqçi vəzifəsinə qayıtmağı planlaşdırıb-qalmayacağı sualına da cavab verib.
“Hələlik bunu istisna edərdim. Görək bir neçə aydan sonra işlər necə olacaq”.
Mövsümün sonunda 57 yaşlı Klopp Liverpuldakı işini başa vurdu. O, 2015-ci ildən mersisaydlıları çalışdırıb. Onun rəhbərliyi altında komanda İngiltərə çempionu, Çempionlar Liqasının, Klublararası Dünya Kubokunun qalibi, İngiltərə Kuboku və Superkubokunun, Futbol Liqası Kubokunun və UEFA Super Kubokunun qalibi olub. O, 2008-2015-ci illərdə rəhbərlik etdiyi Dortmund “Borussiya”sındakı işi ilə də tanınır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
yeniavaz.com

1Mənbələr