AZ

Həkim alkoqoliklərdə şəxsiyyətin çökməsinin səbəblərini açıqlayıb

...Rusiyalı həkim Aleksandr Umnov alkoqolizm zamanı insanın şəxsiyyətinin niyə dağıldığını izah edib.

SİA-nın əldə etdiyi məlumata görə, həkimin fikirləri “İzvestiya”da yer alıb.

...Alkoqolun uzun müddət istifadəsi ilə beyin qabığındakı neyronlar ölür. Buna görə də idrak qabiliyyətləri pozulur, yaddaş problemləri yaranır, performans pisləşir və şəxsiyyət məhv olur. Həmçinin, alkoqolizmlə insan daha aqressiv və əsəbi olur.

Bunu deyən həkim bildirib ki, spirt təkcə beyinə deyil, digər orqanlara, o cümlədən qaraciyər və mədə-bağırsaq traktına mənfi təsir göstərir. Həkimin sözlərinə görə, spirtli içkilərdən sui-istifadə siroz və xərçəngə tutulma riskini artırır.

...Daha əvvəl Umnov xəbərdarlıq etmişdi ki, bəzi ət yeməkləri ölümcül ola bilər. Məsələn, tartar, stroganina və ya carpaccio, onun fikrincə, ağır zəhərlənməyə səbəb ola bilər.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
sia.az

1Mənbələr