AZ

Federal Ehtiyat Sistemi uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb

ABŞ Federal Ehtiyat Sistemi (Fed) baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlayıb.

"Report"un xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının yekunlarına dair məlumatda deyilir.

Qərar FOMC üzvləri tərəfindən yekdilliklə qəbul edilib, əksər analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşüb.

Qeyd olunub ki, inflyasiyanın davamlı olaraq 2 %-ə yaxınlaşdığından daha çox əminlik yaranana qədər uçot dərəcə diapazonunu aşağı salmaq məsləhət görülmür.

Bununla da Fed ardıcıl üçüncü dəfə uçot dərəcəsini saxlamaq qərarına gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
6
azpolitika.info

7Mənbələr