AZ

Kamala Harris ABŞ-dakı prezident seçkilərində partiyasının yeganə namizədi olub

Kamala

Vaşinqton, 1 avqust, AZƏRTAC

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezidentlik postuna Demokratlar Partiyasının bütün tələblərinə cavab verən yeganə namizədidir. AZƏRTAC-ın məlumatına görə, bu barədə Demokratların Milli Komitəsinin yaydığı açıqlamada deyilir. Bunun üçün minimum 300 nümayəndənin dəstəyini almaq lazım idi. Bildirilir ki, partiya üzvlərinin 99 faizi Kamala Harrisin namizədliyini dəstəkləyib.

Namizədliyin təsdiqlənməsi ilə bağlı səsvermə avqustun 5-dək onlayn şəkildə keçiriləcək. Onun namizəd kimi rəsmi təsdiqi isə avqustun 19-dan 22-dək keçiriləcək Demokratların Milli Qurultayında baş tutacaq.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
4
azertag.az

5Mənbələr