AZ

Yeni "Supermen"in çəkilişləri tamamlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rejissor Ceyms Qann yeni "Supermen"in çəkilişlərini tamamlayıb.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, istehsal prosesi beş ay çəkib.
Rejissor filmin çəkilişində göstərdikləri zəhmətə görə çəkiliş qrupuna təşəkkür edib və film üzərində şərəflə çalışdığını qeyd edib.
"Supermen: Legacy" filmi Klark Kentin erkən həyatını və bütün zamanların ən məşhur super qəhrəmanının yüksəlişini təsvir edir.
Baş qəhrəman rolunu Devid Korensvet, Lois Leyn obrazını isə Reyçel Brosnahan canlandırır.
Filmin premyerası 11 iyul 2025-ci ildə olacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
50
oxu.az

10Mənbələr