Mülk sahibinin xəbəri olmadan mənzillərdə qeydiyyata düşən "çağırılmayan qonaqlar" kimlərdir? - VİDEO
Xəbəri olmadan evinə 10 nəfər qeydiyyata düşüb. Bu iddia ilə Tərtər sakini "Xəbər Ertəsi"nin qaynar xəttinə müraciət edib. Məlum olub ki, oxşar hal eyni binada yaşayan bir neçə şəxsin başına gəlib.
Sonxeber.az xəbər verir ki, müsahibə vermək istəməsə də, həmin şəxs kənar adamların mənzildən necə yaxud nə zaman qeydiyyata alınmasından xəbərsiz olduğunu deyir. Əmlak məsələləri üzrə ekspert Elmir Fərzəliyev bildirib ki, son vaxtlar bu hala tez-tez rast gəlinir. Bir vətəndaşın mənzilinə müxtəlif şəxslər qeydiyyata düşür. Fakt isə daha çox alqı-satqı və digər bu kimi əməliyyatlar zamanı üzə çıxır. Səbəbi isə:
" Hal-hazırda Bakı və Abşeron ərazisində yüz minlərlə çıxarışı olmayan fərdi həyat evləri mövcuddur. Onların çıxarışları olmaması səbəbindən artıq vətəndaşlar öz mənzillərində qeydiyyata düşə bilmirlər. Onlar məcburən satdıqları çıxarışlı mənzillərdə qeydiyyatda qalırlar və bu da həmin mənzilin yeni sahibinə gələcəkdə əmlakı satarkən bir çox problemlər yaradır. Bu əmlak yenidən alqı-satqı olunarkən mütləq şəkildə qeydiyyatda olan şəxslərin razılıq ərizələri tələb olunur.
Ətraflı "Xəbər Ertəsi"nin süjetində: