AZ

Mərkəzi Bank dövriyyədən pul kütləsinin çıxarılmasını artıracaq

"Bəzi dövlət qiymətli kağızlarında, Mərkəzi Bankın notlarında qiymət artımı müşahidə olunur. Bunun əsas səbəblərindən biri ilk 6 ayda profisitli dövlət büdcəsi səbəbindən hökumətin hesablarında olan qalıqların artımının bazarda likvidliyə azaldıcı təsir etməsidir".

Marja-nın məlumatına görə, bunu Mərkəzi Bankda keçirilmiş mətbuat konfransında sədr Taleh Kazımov bildirib.

O qeyd edib ki, bunu nəzərə alan Mərkəzi Bank 2-cü rübdən başlayaraq sterilizasiya yönümlü əməliyyatların həcmini azaltmağa başlamışdır: "İlin əvvəlindən bizim bazarda olan not həcmləri 28,2% azalmışdır. Repo və digər alətlərdə də azaltma barədə qərar vermişik ki, bazarda likvidlik tənzimlənsin". 

Mərkəzi Bankın sədri əlavə edib ki, 3-cü və 4-cü büdcə xərcləri icra olunduqca, bazarda likvidliyin kəskin artacağı gözlənilir: "Bununla əlaqədar olaraq biz sterilizasiya əməliyyatlarımızı artırmalı olacağıq". 

Sterilizasiya yönümlü əməliyyat - artmış pul kütləsinin inflyasiya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş əməliyyatlardır. Bununla belə xarici valyuta bazarında revalvasiya təhlükəsi yaradan artıq valyuta təklifinin alınması əməliyyatlarını xarakterizə etmək üçün də sterilizasiya terminindən istifadə edilir.

sterilizasiya əməliyyat məkrəibank likvidlik taleh kazımob büdcə notlar pul kütlə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
46
1
marja.az

2phrase_var_article.sources