AZ

Kılıçdaroğludan Haniyənin ölümü ilə bağlı başsağlığı 

Türkiyə prezidentliyinə keçmiş namizəd, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kemal Kılıçdaroğlu HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı başsağlığı mesajı yayımlayıb.

 

Modern.az xəbər verir ki, Kılıçdaroğlunun mesajı onun rəsmi X səhifəsində paylaşılıb.

 

"Ailəsinə və qardaş Fələstin xalqına başsağlığı və səbr diləyirəm", - mətndə deyilir.

 

Kılıçdaroğlu “Çaydan dənizə Fələstini azad edin” başlıqlı açıqlamasında Haniyənin "Yaxın Şərqdə sülh və qardaşlığa dözə bilməyən imperialist güclər tərəfindən qətlə yetirildiyini" bəyan edib.

 

"Fələstin xalqının azadlığı uğrunda mübarizədə qorxmadan iştirak edən İsmayıl Haniyə Yaxın Şərqdə sülhə və qardaşlığa dözə bilməyən imperialist dövlətlər tərəfindən qətlə yetirildi. Onun ailəsinə və qardaş Fələstin xalqına başsağlığı və səbr diləyirəm. Yaşasın Fələstin, yaşasın Fələstin xalqının mübarizəsi...”, - Kılıçdaroğlunun başsağlı mesajının tam mətni belədir.

 

Xatırladaq ki, Haniyə İran prezidenti Məsud Pezeşkianın andiçməsinə qatılmaq üçün səfər etdiyi Tehranda qaldığı evə raket atılması nəticəsində ölüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
modern.az

2Mənbələr