Sürücülər bu yola görə görə niyə CƏRİMƏLƏNİR? - VİDEO
İmişli, Beyləqan, avtomobil yolunda istismar müddətini başa vuran qatar yolu sürücülərin başına bəla olub. Üzəri ot basmış, yarısı asfaltanmış qatar relsinə çatmamış stop nişanı yerləşdirilib. Sürücülər isə qatar relsinin üzərində hərəkət etmədiyini hesab edərək avtomobilin yoluna davam edirlər. Çox keçmədən onlar yol polisi tərəfindən cərimələnirlər. Qatar yolu istismara yararsız olduğu halda yol nişanı niyə ərazidən götürülmür. Sürücülər buna görə cərimələnə bilərmi?
Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı "ATV Xəbər"in əməkdaşları bu suallara cavab tapmağa çalışıb.
"İmişli-beyləqan yoludur. "Stop" nişanı var. Hələ burada dəmir yolu işləmir".
Kadrlarda göründüyü kimi, İmişli rayonunun Qaragüvəndikli kəndinin sürücülərindən biri işlək olmayan dəmir yolu keçidində cərimələrin yazılması ilə bağlı videogörüntü qeydə alıb. O iddia edir ki, həmin dəmir yolu xətti ilə heç vaxt qatar hərəkət etmir. Buna baxmayaraq keçidə stop nişanı quraşdırılıb. Dayanmadan keçən sürücülər isə yol polisləri tərəfindən saxlanılır.
Qanunvericiliyə görə, işlək vəziyyətdə olan dəmir yolu keçidlərini işarələmək üçün xüsusi yol nişanları, təhlükəsizliyi təmin etmək məqsədilə "stop" nişanının quraşdırılması vacib hesab olunur.
Ekspertlər hesab edir ki, əgər dəmir yolundan istifadə olunmursa bu nişanların orda olmasına heç bir ehtiyac yoxdur.
Ətraflı "ATV Xəbər"in süjetində: