AZ

"Sumqayıt"ın yarımmüdafiəçisi: İmkanlardan yararlana bilmədik

Hücumlar qururduq, əfsuslar olsun ki, imkanlardan yararlana bilmədik.

Bunu "Report"un Macarıstana ezam olunmuş əməkdaşına açıqlamasında "Sumqayıt"ın futbolçusu Rövlan Muradov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində yerli "Fehervar" komandası ilə cavab oyunundan sonra bildirib.

Yarımmüdafiəçi rəqibin müdafiəyə daha çox diqqət yetirdiyini söyləyib:

"Daha çox topa nəzarət etdik. Hücumlar qururduq, əfsuslar olsun ki, imkanlardan yararlana bilmədik. Bəzən şanslar oldu, bəzən də soyuqqanlılıq çatmadı. "Fehervar" səfərdə qələbə qazanmışdı. Hesabı qorumağa çalışırdılar. Müdafiəyə daha çox diqqət yetirirdilər".

Qeyd edək ki, "Fehervar" - " Sumqayıt" matçı 0:0 hesabı ilə yekunlaşıb. Evdə rəqibinə 1:2 hesabı ilə uduzan "gənclik şəhəri" təmsilçisi mübarizəni dayandırmalı olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
report.az

2Mənbələr