AZ

Arvadının bibisi oğlunu bıçaqlayan şəxsə cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mətləb Bayramovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 
Məhkəmənin hökmü o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 01 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, sərxoş vəziyyətdə olan Mətləb Bayramov yaşadığı evdə həyat yoldaşı ilə ailə məişət zəmində mübahisə edib. Həmin vaxt orada olan təqsirləndirilən şəxsin arvadının bibisi oğlu, zərərçəkmiş İlkin Quliyev (soyadı şərtidir) mübahisəyə müdaxilə edib. Mətləb isə ona ailə işlərinə qarışmamasını bildirib. Sonra onların arasında sözlü mübahisə olub. Nəticədə Mətləb bıçaqla İlkinin sinəsindən qəsdən bir dəfə vuraraq ona bədən xəsarəti yetirib.

 

Hadisədən sonra Mətləb Bayramov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 1 Avqust 2024, 10:10   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
pravda.az

2Mənbələr