AZ

"Toyota"nın istehsalı nə üçün azalıb?

Yaponiyanın nəhəng avtomobil brendi "Toyota"nın istehsalı azalıb.

Hit.az xəbər verir ki, şirkət iyun ayında da istehsalı azaltmağa məcbur qalıb.

Artıq "Toyota"nın dünya üzrə avtomobil istehsalı 12,9 faiz azalaraq 795 min 862 ədədə qədər geriləyib. Bu isə 2022-ci ilin dekabr ayından indiyə kimi ən pis göstəricidir. Üstəlik, şirkətin istehsalı ardıcıl 5 aydır ki, geriləyir. 

Bəs buna səbəb nədir? 

"Toyota"nın Yaponiyada sertifikat qalmaqalı ilə üzləşməsi və Çindəki gərgin qiymət rəqabəti buna səbəb olub. Belə ki, "Toyota" və digər istehsalçıların bəzi modellərinin sertifikatlaşdırılması üçün müraciətlərdə qanun pozuntuları aşkar olunub. Ondan sonra isə şirkətin yerli bazarda istehsalı 18,8 faiz azalıb. 

Üstəlik, Çində də "BYD" kimi yerli elektromobil istehsalçılarının sürətlə bazar payını artırması və kəskin qiymət endirimləri etməsi nəticəsində "Toyota" istehsalı 21,7 faiz azalıb.

Qeyd edək ki, "Toyota"nın dünya üzrə satışları da təkcə Yaponiya və Çindəki istehsalın azalması səbəbindən 5,1 faiz geriləyib. 

Pərviz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
hit.az

1Mənbələr