AZ

Rusiyada məhkum olunmuş amerikalı jurnalistin azad ediləcəyi gözlənilir

Bakı, TurkicWorld

Türkiyənin İzmir şəhərinin Karaburun və Çeşmə rayonlarında 20-si uşaq olmaqla, 105 qeyri-qanuni miqrant dənizdə və quruda saxlanılıb.

TurkicWorld bildirir ki, bu barədə Türkiyənin Sahil Güvenlik Komutanlığı öz internet saytında məlumat verib. Açıqlamaya görə, Karaburun sahillərinə xilasedici sallarda qeyri-qanuni miqrantların olması xəbərinin verilməsi ardından bölgəyə qrup göndərilib.

16-sı uşaq olmaqla, 36 qeyri-qanuni miqrant qruplar tərəfindən saxlanılıb.

Karaburun rayonunun Doluca bölgəsində fəaliyyət göstərən Sahil Güvenlik Kaçakçılık ve Organize Suçlarla Mücadele Timi isə quruda bir qrup qeyri-qanuni miqrant olduğunu aşkarlayıb.

Belə ki, miqrant qaçaqmalçılığı ittihamı ilə bir nəfər şübhəli də nəzarət altına alınıb.

Çeşmə sahillərində çalışan Sahil Güvenlik qrupları tərəfindən isə, 2-si uşaq olmaqla, 37 miqrant saxlanılıb.

Əməliyyatlardan sonra qeyri-qanuni miqrantlar İl Göç İdaresi Müdürlüğünə təhvil verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
turkic.world

1Mənbələr