AZ

Azərbaycanda 21 bank hələ də ləğv edilməyi gözləyir - SİYAHI

Azərbaycanda son illər bank sektorunda ciddi çalxalanma yaşanır. Son 4 ildə ölkəmizdə 7 bankın lisensiyası ləğv edilib. 2020-ci ildə 4 - “AGBank", "Amrahbank", "AtaBank", "NBCBank", ötən il 2 – “Günay Bank” və “Muğan Bank”, bu il isə “Naxçıvan Bank” fəaliyyətini dayandırıb.

 

Qeyd edək ki, ekspertlər bankların bağlanmasını bu sektora zərbə kimi qiymətləndirir. Çünki bankların bağlanması sözügedən sektorda rəqabət mühitinə təsir edir. Bağlanan bankların maliyyə vəziyyəti yaxşı olmasa da, ekspertlər bankların sayının azalmasını uğur hesab etmir.

 

Ancaq bankın lisenziyasının ləğv edilməsi hələ onun tamamilə ləğv olunması anlamına gəlmir.

 

Əvvəllər bankların ləğv edilməsi məsələsi maliyyə bazarlarına nəzarət orqanının təqdimatı ilə məhkəmə tərəfindən təyin edilmiş ayrı-ayrı hüquqi şəxlər tərəfindən həyata keçirilirdi. Ancaq proses çox ləng edib, bəzi bankların ləğv prosesi on illərlə davam edib və hələ də yekunlaşmayıb.

 

“Banklar haqqında” qanuna əsasən 2017-ci ildə bankların ləğvetmə funksiyası Əmanətlərin Sığortalanması Fonunda həvalə edilib. Sözügedən funksiyanın həvalə edilməsi ilə Fond ləğv prosesində olan bankların aktivlərinin idarə edilməsini həyata keçirərək bankların digər şəxslər qarşısında olan öhdəliklərinin icra edilməsi və qalan aktivlərin bank səhmdarları arasında bölüşdürülərək ləğv prosesinin mümkün qədər sürətlə və effektiv şəklildə başa çatdırılması vəzifəsini də yerinə yetirməyə başlayıb.

 

Prosesin ləngiməyinin əsas səbəbi bankların əmanət sahiblərinə kompensasiyaların qaytarılmasıdır. Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğvedici funksiyanı həyata keçirməyə başladığı dövr ərzində ilk dəfə bu il ləğv prosesində olan 2 bankın - “Azərbaycan Kredit Bankı” ASC və “Borçalı” KB-nin ləğv prosesini yekunlaşdırıb.  Ləğvetmə tədbirləri çərçivəsində ƏSF tərəfindən 2020-ci ildən bu ilin may ayınadək olan dövr ərzində sığorta hadisəsi baş vermiş 6 bankın əmanətçilərinə 893 milyon 598 min 111 manat dəyərində kompensasiya ödənilməsi təmin olunub. Ümumilikdə, fonda ləğvetmə funksiyasının həvalə edildiyi dövr ərzində isə ləğv prosesində olan bankların öhdəlikləri üzrə 32 milyon 236 min 851 manat məbləğində vəsait ödənilib.

 

Modern.az-ın məlumatına görə, yuxarıda adıçəkilən iki bankdan başqa onlarla bankın hələ də ləğv prosesi tam yekunlaşmayıb.

 

ƏSF-dən bildirilib ki, 4 bankın - “Royalbank” (lisenziyası 2012-ci ildə ləğv edilib), “Qafqaz İnkişaf Bankı” (2016), “Gəncəbank” (2016) və “Dəmirbank”ın (2017) ləğvetmə prosesi üzrə sonuncu tamamlama işləri icra olunur.

 

Ləğvetmə prosesində olan digər banklar aşağıdakılardır:


Bank Standard (2016)
United Kredit Bank (2016)
Zamin Bank (1992–2016)
Kredo Bank (1994–2016)
Bank of Azerbaijan (1993–2016)
Texnikabank (1994–2016)
Deka Bank (1989–2016)
Atrabank (1992–2016)
AGBank (1992–2020)
Amrahbank (1993–2020)
EvroBank
Debüt Kommersiya Bankı
Birlikbank
AtaBank (1993–2020)
NBCBank (1992–2020)
Günay Bank (1992–2023)
Muğanbank (1992-2023)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
3
modern.az

4Mənbələr