AZ

Hamını heyrətə gətirən türk: Dünya ondan danışır - FOTOFAKT

Türkiyəli atıcı Yusuf Dikeç Paris Olimpiadasındakı çıxışından sonra sosial şəbəkələrdə populyarlıq qazanıb.

Turkustan.az xəbər verir ki, 51 yaşlı idmançı 10 metr məsafəyə pnevmatik tapançadan qarışıq cütlük yarışında gümüş medal qazanıb.

İdmansevərlər Dikeçin xüsusi avadanlıqdan istifadə etməməsinə diqqət ediblər. O, eynək taxaraq yarışıb. Baxmayaraq ki, atıcılar parıltının qarşısını almaq və hədəfi yaxşılaşdırmaq üçün xüsusi eynəklərdən, həmçinin səs-küyü aradan qaldıran qulaqlıqlardan istifadə edə bilərlər.

Qeyd edək ki, Yusuf Dikeç artıq beş dəfə Olimpiya Oyunlarında iştirak edib, lakin ilk medalını Parisdə qazanıb. (publika.az)

Seçilən
129
6
turkustan.az

10Mənbələr