AZ

Meta Haniyənin paylaşımlarına senzura tətbiq edir

Bakı, TurkicWorld

“Instagram” və “Facebook” platformalarının sahibi olan Meta Haniyə ilə bağlı paylaşımlara sistematik şəkildə senzura tətbiq edir.

TurkicWorld xəbər verir ki, Meta İsrailin raket hücumu nəticəsində vəfat edən İsmayıl Haniyə ilə bağlı paylaşımları bloklayır. Facebook və İnstaqramda Haniyənin şəklini paylaşan minlərlə hesaba məhdudiyyət qoyulub.

Sosial media istifadəçiləri Haniyə məzmununu senzuraya salan Metaya #MetaCensorship həştəqi ilə etiraz edirlər.

Qeyd edək ki, Meta Malayziya baş naziri Ənvər İbrahimin İnstaqramda paylaşdığı şəkli də silib. Belə ki, Ənvər İbrahim HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə birlikdə olduğu şəkli paylaşmışdı. Buna görə onlar Metanı sərt şəkildə tənqid ediblər.

Malayziya Baş Nazirinin ofisi X sosial media hesabında verdiyi açıqlamada İnstaqram platformasının İbrahimin mayın 14-də Qətərə səfəri zamanı Haniyə ilə görüşünü əks elətdirən paylaşımını sildiyini bildirib.

Meta isə, "Səhvən silindi" ifadəsi ilə postu yenidən bərpa edib, lakin minlərlə istifadəçi sistematik olaraq senzuraya məruz qalmağa davam edir.

UMED: META işğalçı İsrailin sui-qəsdlərini də gizlətməyə çalışır
Beynəlxalq Media İnformasiya Assosiasiyası (UMED) Metanın qalmaqallı senzurasına reaksiya verib.

UMED qınama mesajı yayımlayaraq, "Soyqırımın tərəfi olan META da işğalçı İsrailin sui-qəsdlərini ört-basdır etməyə çalışır. Bu, təkcə insan hüquqlarının pozulması deyil, həm də vəhşiliyə dəstəkdir. Bu, azadlıq deyil, sionizmə xidmət etməkdir. Bu, azadlığı qandallamaq cəhdidir. Biz bunu qınayırıq”, - deyə o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
turkic.world

1Mənbələr