AZ

Rusiya höküməti vətəndaşlardan icazəsiz şəkil və səs yazılarını toplayacaq - SƏBƏB

Moskvada icazəsiz foto və səs yazıları toplanacaq.

Ednews turkrus.com-a istinadən xəbər verir ki, Moskvada şəxsi məlumatların emalı ilə bağlı yeni qaydalar gündəmdədir.

Planlaşdırılan dəyişikliklərlə Moskva hökuməti tərəfindən təyin edilən operatorlar icazə almadan Moskva sakinlərinin üz fotolarını və səs yazılarını toplaya biləcəklər. Bu məlumatlar süni intellekt texnologiyalarının öyrədilməsi üçün istifadə olunacaq və anonimləşdiriləcək. Yeni qanun 2025-ci ilin sentyabrında qüvvəyə minəcək. Toplanan məlumatlar müəyyən meyarlara görə qruplaşdırılacaq və anonimləşdiriləcək ki, emal zamanı onların konkret şəxsə aid olması müəyyən edilə bilməz. Sağlamlıq vəziyyəti və biometrik məlumatlar bu əhatədən çıxarılacaq. Səlahiyyətlilər bu qaydaların dövlət idarəçiliyinin səmərəliliyini artıracağını iddia edirlər. Xəyal 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
ednews.net

1Mənbələr