AZ

Rusiya səfiri “casusluq işi” ilə bağlı Moldova Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov “casusluq işi” ilə bağlı Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə KP.MD Telegram kanalı məlumat yayıb.

 

Kanalın xəbərində deyilir: “Rusiyanın Moldovadakı səfiri “casusluq işi” ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Rusiya səfirinin Moldova Xarici İşlər Nazirliyinə gəlişinin təfərrüatları barədə məlumat verilmir.

 

Bundan əvvəl respublikanın qanunverici orqanının spikeri İqor Qrosu bəyan etmişdi ki, Moldova parlamentariləri “Rusiya agentləri” ilə mübarizə aparmaq üçün İnformasiya və Dövlət Təhlükəsizliyi Xidmətinin imkanlarını gücləndirmək niyyətindədirlər.

 

Moldova parlamentinin spikeri qeyd etdiyi kimi, bundan əlavə, deputatlar “vətənə xəyanət”lə bağlı qanun layihəsi təqdim etmək niyyətindədirlər. Qrosu müxalif Sosialist Partiyasının nümayəndələrini Rusiyanın Ukraynadakı hərbi xüsusi əməliyyatını pisləməkdən imtina etdiklərinə görə tənqid etdikdən sonra müvafiq təşəbbüs vəd edib.

 

Miri

 

Seçilən
29
50
oxu24.com

10Mənbələr