AZ

Hindistanda torpaq sürüşməsi - Ölənlərin sayı 167 nəfərə çatdı

Ötən gün Kerala ştatında güclü yağışlar nəticəsində torpaq sürüşmələri baş verib, infrastruktura və yollara ciddi ziyan dəyib.

 

Sfera.az “Press Trust of India” xəbər agentliyinə istinadən xəbər verir ki, təbii fəlakətdən zərər çəkmiş Mundakkai və Çoralmala kəndlərində yüzlərlə ev dağılıb.

 

Səlahiyyətlilər sürüşmələrdə həyatını itirənlərin sayının 167-yə yüksəldiyini, 200-dən çox yaralının olduğunu və itkin düşənlərin axtarışlarının davam etdiyini bildirib.

 

Matəm elan edilən Kerala əyalətində leysan səbəbindən bu gün bölgədəki təhsil müəssisələrinin bağlanacağı açıqlanıb. Hindistan Milli Konqres Partiyasının prezidenti Mallikarjun Kharge də Vayanaddakı sürüşmələri "milli fəlakət" kimi qiymətləndirib.

 

Hindistanın Baş naziri Narendra Modi "X" hesabında etdiyi paylaşımda, "Dualarım yaralananlarla və yaxınlarını itirən hər kəslədir" ifadəsini işlədib.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
1
sfera.az

10Mənbələr