AZ

Rusiya şirkəti Azərbaycanda insulin istehsal edəcək

Bakı. Trend:

Rusiyanın "Gerofarm" şirkəti Azərbaycanda insulin istehsalınabaşlayacaq.

Trend xəbərverir ki, bu barədə Rusiyanın ticari nümayəndəsi Ruslan Mirsayapov"İzvestiya" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, istehsalı bu il başlatmaqplanlaşdırılır.

"Hazırda Azərbaycanda insulin istehsal olunmur, ölkə onutamamilə idxal edir. Lokallaşdırma dərman vasitələrini azərbaycanlıpasiyentlər üçün daha əlçatan edəcək", - R.Mirsayalov deyib

Daha sonra nümayəndə "Gerofarm"ın artıq Qazaxıstanda insulinistehsalı ilə məşğul olduğunu qeyd edib.

Xatırladaq ki, şirkət, həmçinin, Özbəkistanda bu cür layihə işəsalmağı planlaşdırırdı. Lakin daha sonra kommersiya məsələləri iləəlaqədar fikir ayrılıqları səbəbindən layihə dayandırıldı.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
2
az.trend.az

3Mənbələr