Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşlarından biri “persona non-grata” elan edilib.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, Moldova parlamentində aparılan axtarışlar və saxlanılanlara qarşı dövlətə xəyanət ittihamı ilə bağlı Rusiyanın bu ölkədəki səfiri Oleq Vasnetsov XİN-ə dəvət olunub.
Səfir bildirib ki, Rusiya tərəfi Moldovanın bu qərarını cavabsız qoymayacaq.
Qeyd edək ki, ötən gün Moldova İnformasiya və Təhlükəsizlik Xidməti və prokurorluq orqanları əməkdaşları parlament binasında axtarış aparıblar.
**
Rusiya səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə TASS Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Rusiya səfiri etiraz notası təqdim etmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb. O, artıq nazirlikdədir”, - qurumdan bildirilib.(“Report”)