AZ

Moldova Rusiya səfirliyinin əməkdaşını "arzuolunmaz şəxs" elan edib - YENİLƏNİB

Moldovanın Xarici İşlər Nazirliyi Rusiya Səfirliyinin hərbi attaşesinin köməkçisi “arzuolunmaz şəxs” elan edilib.

APA-nın “noi.md” portalına istinadən xəbərinə görə, Rusiyanın bu ölkədəki səfiri Oleq Vasnetsov sözü gedən qərar barədə məlumatlandırılıb.

Qeyd edək ki, ötən gün ölkənin İnformasiya və Təhlükəsizlik Xidmətinin, eləcə də Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Xüsusi İşlər üzrə Prokurorluğun əməkdaşları Parlamentin və Sərhəd Xidmətinin binasında axtarış aparıb. Nəticədə hər iki qurumun ümumilikdə iki əməkdaşı casusluq ittihamı ilə saxlanılıb.

Qanunverici orqanda saxlanılan şəxsin Hüquq Departamentinin direktoru İoan Kryanqe olduğu açıqlanıb.

Rusiyanın bu ölkədəki Səfirliyindən bildirilib ki, hökumətin bu ritorikası ölkədə anti-Rusiya əhval-ruhiyyəsinin yaradılmasına hesablanıb.

***

11:37

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nınpoint.mdportalına istinadən xəbərinə görə, ona Rusiya tərəfinin adı hallandığı “cəsusluq işi” ilə bağlı etiraz notası təqdim olunacağı bildirilib.

Bu arada, sözü gedən cinayət işinin istintaqı çərçivəsində müəyyən edilib ki, Moldova Parlamentinin və Sərhəd Xidmətinin iki əməkdaşı onlara bu fəaliyyəti həyata keçirməkdə dəstək verib. Həmin şəxslər öz mənafeləri naminə ölkənin zərərinə istifadə oluna biləcək strateji məlumatları Rusiya tərəfinə təqdim edib.

Qeyd edək ki, təqribən bir il əvvəl də iki dövlət arasında analoji qalmaqal yaşanıb. Bundan sonra Moldova hökumətinin tələbi ilə Rusiyanın bu ölkədəki diplomatik təmsilçiliklərinin sayı əhəmiyətli dərəcədə azaldılıb. Bu dəfə də analoji addımların atılacağı istisna edilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
apa.az

2Mənbələr