AZ

Rusiyalı diplomat Moldovadan qovulur

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Moldovanın Xarici İşlər Nazirliyi RF səfirliyinin hərbi attaşesinin köməkçisini persona non qrata -  "arzuolunmaz şəxs" elan edib.

Bu barədə jurnalistlərə Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov məlumat verib. Səfir Moldova XİN-ə çağırılıb və ona etiraz notası təqdim edilib.

Vasnetsov hərbi attaşenin köməkçisinin ölkəni tərk edəcəyini bildirib.

RF XİN bu addımın cavabsız qalmayacağını bəyan edib.

Moldova mətbuatında dərc edilən xəbərlərə görə, ölkənin iki məmuru dövlətə xəyanətdə və RF səfirliyinin əməkdaşlarına məlumat ötürməkdə ittiham olunurlar.

Hürr Tərcüman

Seçilən
43
hurriyyet.az

1Mənbələr