AZ

Analitik: “ İsrail  Həniyəni  Qətərdə və ya Türkiyədə qətlə yetirə bilərdi, ancaq bilərəkdən  Tehranı seçdi” 

Vətəninfo.az xəbər verir ki, İranlı siyasi təhlilçi Əhməd Zeydabadi özünün sosial media hesabında HƏMAS liderinin öldürülməsi ilə bağlı yazıb:
“-İsmayıl Həniyənin qətlinə görə məsuliyyəti İsrail öz üzərinə götürsə də götürməsə də, heç bir ağıllı insan bu sui-qəsdə görə başqa bir tərəfi günahkar bilməyəcək;
-İsrail çox güman ki, Həniyəni Qətərdə və ya Türkiyədə öldürə bilərdi, ancaq hər cəhətdən təxribat addımı kimi qəsdən Tehranı seçib;
-İsrail başqa vaxtlarda da Həniyəni aradan qaldırardı, ancaq İranın yeni hökumətini böhran, xaos və çaşqın vəziyyətə salmaq üçün Məsud Pezeşkianın andiçmə mərasimindən sonrakı gecə terror əməliyyatına əl atdi;
-Bu sui-qəsdlə vəziyyət hər cəhətdən mürəkkəbləşib. Düzgün istiqamətdə hansı addım atılmalı olduğunu söyləmək belə asan deyil;
-Qəzzadakı müharibə çoxdan Hizbullahla İsrail arasında birbaşa, İranla İsrail arasında isə az-çox dolayı qarşıdurma meydanına çevrilib. Bu müharibənin davam etməsi çox baha başa gələcək və onu dayandırmaq da çox çətindir;
-İstər-istəməz müharibəni davam etdirmək və ya ona son qoymaq arasında seçim edilməlidir. Siyasətin faciəvi mahiyyəti məhz budur! Son dərəcə acı, ancaq qaçılmaz seçim”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
veteninfo.az

1Mənbələr