AZ

PSJ “Bayern”lə danışıqlara hazırlaşır

Almaniya millisinin və “Bayern”in müdafiəçisi Coşua Kimmix Fransa çempionatında çıxış edə bilər.



Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, PSJ 29 yaşlı alman futbolçunu sıralarına cəlb etmək niyyətindədir. Parislilər bu məsələdə “Bayern”lə danışıqlar aparmağa hazırlaşır.



Kimmix özü Münhendən ayrılmaq istəmir və 2025-ci ilin ortalarına qədər nəzərdə tutulan müqaviləni tam şəkildə başa çatdırmaq niyyətindədir. “Bayern” isə onu pulsuz itirməmək üçün satmağın əleyhinə deyil.



Kimmix ötən mövsüm 46 oyun keçirib, 2 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərCoşua Kimmix PSJ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
komanda.az

1Mənbələr