AZ

Trampdan seçkilərdəki rəqibi ilə bağlı təəccübləndirən iddia: "O qaradərili deyil"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkilərindəki mümkün rəqibi Kamala Harrislə bağlı yeni iddia irəli sürüb.

Ölkə.Az xəbər verir ki, o, Harrisin hind əsilli olmasına baxmayaraq qaradərili kimi tanınmaq istədiyini bildirib.

"O, həmişə hind əsilli olub və sadəcə hind irsini təbliğ edirdi. İndi isə qaradərili kimi tanınmaq istəyir. Onu yaxından o qədər olmasa da, dolayı yolla tanıyıram. Harris təsadüfən qaradərilidir. Yəni bilmirəm, o hinddir, yoxsa qaradərili?”

Ağ Ev Trampın Harrisin etnik kimliyini sorğulamasına reaksiya verib. Ağ Evin sözçüsü Karin Jan-Pyer Trampın açıqlamalarını “iyrənc və təhqiredici” hesab etdiyini bildirib.

Billurə Yunus
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
4
olke.az

5Mənbələr