AZ

Təhsil haqqını deyil, tədrisin keyfiyyətini artırmaq lazımdır

Müəyyən universitetlər var ki, onlar əmək bazarının tələblərinə cavab verməyən ixtisasların illik ödənişini artırırlar.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

 

Professor universitetlərin şirkətlərdən fərqləndirən özəlliyin elmi təqdiqatlara əsaslanmasının olduğunu qeyd edib:

“Ali məktəblər elm məbədidir. Hər bir fikir elmə əsaslanmalıdır. Universitetlərdə illik təhsil haqqının artırılmasına səbəb nədir?

Bəzi ixtisaslar tələbat yoxdur. Müəyyən universitetlər var ki, onlar əmək bazarının tələblərinə cavab verməyən ixtisasların illik ödənişini artırırlar. Onlar hansı meyarlara əsaslanaraq təhsi haqqını yüksəldirlər? Bu məbləği artırmaq üçün elmi cəhətdən əsas olmalıdır. Maraqlıdır, artırılmış məbləğlərin qarşısında tədrisin keyfiyyəti də artacaqmı?

Bu artım tədrisin keyfiyyətinə xidmət edəcək, yoxsa inzibati xərclərin artımına? Ümumiyyətlə bu gün xərclərin içərisində inzibati xərclər nə qədər təşkil edir?”.

 

Z.Məmmədov ali məktəblərdə inzibati xərclərə baxılmasının zəruri olduğunu vurğulayıb:

 

“Universitetlərdə inzibati xərclərə baxılmalıdır. Ali məktəblərdə təhsil haqqını artırmadan öncə tədrisin keyfiyyətinin artırılması, elmi tədqiqat fəaiyyətin güclənməsi üçün addımların atılması ilə bağlı zəruri tədbirlərin görülməsinin vaxtıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
azedu.az

1Mənbələr