AZ

HƏMAS-ın Azərbaycan əleyhinə FƏALİYYƏTİ – FAKTLAR

İranda terrorçu təşkilat olan HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə üzülən Azərbaycanlıları başa düşə bilmirəm.

Əlbəttə, Fələstsində günahsız insanların ölümünə bizim münasibətimiz bəllidir. Uzun illər erməni terrorunun qurbanı olan insanlarımız var və onlar dinc sakinlər olaraq həyatlarını Ermənistanın apardığı işğalçı müharibədə itiriblər. Mən bir vətəndaş olaraq Fələstin xalqının yanındayam, dinc insanların yanındayam. Ancaq HƏMAS-ın Azərbaycan xalqına və torpaqlarımız işğalda olan zaman törətdiklərinə görə onun terrorçu ermənilərlə eyni olduğunu bilirəm. İndi HƏMAS-ın bizim xalqa və dövlətimizə qarşı etdiklərinin bir hissəsi ilə sizləri tanış edirəm.

1) HƏMAS təşkilatının üzvləri vaxtilə genişmiqyaslı ekoloji terror aktları törədib, azərbaycanlı məcburi köçkünlərin evlərini yandırıb, heyvanları öldürüb, ağacları kəsib, Azərbaycana məxsus olan Xudavəng Qafqaz alban monastır kompleksi kimi müqəddəs ziyarətgahları qarət edib, mədəniyyət xəzinələri yerləşən əraziləri talan ediblər.

2) 2001-ci ilin 21 noyabrında ABŞ xüsusi xidmət orqanları tərəfindən işğal altında olan Qarabağ ərazisində ASALA-HƏMAS-“Əl Qaidə” üçlüyünün birgə cəbhəsi yaradılır. Onların birgə qəbul etdiyi razılıq MDB ərazisində ABŞ ilə əməkdaşlığa meylli olan biznesmənləri, ictimai xadimləri, bankları təsir altında saxlamaq olub.

3) Zəngilanda təlim düşərgəsi olan HƏMAS təşkilatının “Ziyəddin əl-qisas” qrupu ərazilərimizdə amansız ekoloji və mədəni abidələrə qarşı terror ediblər. Musa Qulam Haq bunlara rəhbərlik edib.

4) 1990-cı ildən 1993-cü ilə qədər HƏMAS üzvləri ASALA ilə bağladığı müqavilə əsasında Kəlbəcərdən Zəngilan-Qubadlı istiqamətində olan ərazilərdə Azərbaycana qarşı döyüşlərdə iştirak ediblər.

5) HƏMAS-ın dəstək verdiyi Yasir Ərəfatın ABŞ prezidenti ilə dialoqu zamanı səsləndirdiyi “My name is not Yasir Arafat, it is Yasir Arafatian”, – sözlərini bu günün özündə də xatırlayanlar var.

6) Fotoya baxın: Livanda HƏMAS və “Hizbullah”ın tərəfdarları Azərbaycan bayrağına od vurub yandırılar (2023-oktyabr)

7) HƏMAS Azərbaycana qarşı Ermənistanı dəstəklədiyini dəfələrlə bildirib.

Bu cür faktlar çoxdur. HƏMAS təkcə İsrail və yəhudilərə qarşı yox‚ hətta öz xalqına‚ fələstinlilərə‚ bütün Orta Şərq regionuna və bütün dünyaya qarşı təhlükədir. Bizim bəzi azərbaycanlıların HƏMAS-ın terrorçu liderinin öldürülməsinə sevinmək əvəzinə yas tutmaları onu göstərir ki, içimizdə terrorizmə meylli insanlar hələ də var…

Zaur ƏLİYEV, dosent

Seçilən
40
medianews.az

1Mənbələr