AZ

İran İsraili hədələdi: "Münasib zamanda uyğun cavabı verəcəyik"

İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Əmir Səid İrəvani Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlə yetirilməsi ilə bağlı İsraili hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə MT Təhlükəsizlik Şurasında (BMT TŞ) keçirilən iclasda çıxş edərkən deyib.

İranın tələbi, Rusiya, Çin və Əlcəzairin dəstəyi ilə keçirilən fövqəladə iclasda çıxş edən səfirin sözlərinə görə, Haniyə sionist işğalçı İsrail rejiminin terror fəaliyyətləri nəticəsində öldürülüb: "Bu hücum İsrailin bölgədəki terror və təxribat fəaliyyətlərinin davamıdır. İsrail regionda sülh və sabitliyi prioritet hesab edən İranın yeni hökumətin ilk gününə kölgə salmaq istəyir. İran bu hücumu ən sərt şəkildə qınayır, eyni zamanda, bildiririk ki,  beynəlxalq hüquqa uyğun olaraq özümüzü müdafiə haqqımızı saxlayırıq. Biz nə vaxt münasib bilsək, həmin anda lazım bildiyimiz şəkildə cavab verəcəyik. Hər kəs əmin olsun, İsrailin cinayətkar və terror fəaliyyətlərinə qəti şəkildə cavab veriləcək".

İsrail rejiminin müharibə qızışdıran liderləri”nin heç bir şəkildə beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət etmədiyini qeyd edən İrəvani qeyd edib ki, bu kontekstdə ABŞ da məsuliyyət daşıyır: "Beynəlxalq ictimaiyyət və BMT Təhlükəsizlik Şurası dəhşətli cinayətlərə səssiz qalmamalıdır. 10 aydır ki, BMT Təhlükəsizlik Şurasında başda ABŞ olmaqla 10-a yaxın ölkə İsrailin Qəzzada törədilən qırğına və onun bədxahlığına görə məsuliyyət daşımasının qarşısını alıb. Bu ölkələr Fələstinin özünümüdafiə haqqının qarşısını almaqla yanaşı, İsrailin Fələstin xalqına qarşı törətdiyi qırğın və soyqırımını qanuniləşdirməyə çalışırlar. BMT TŞ İsraili bu təcavüz aktının qarşısını almalıdır. Bura sanksiyalar və digər tədbirlər də daxil edilməlidir, yalnız bu yolla beynəlxalq ictimaiyyət İsrailin xain hücumlarının qarşısını ala bilər".

Samir Musayev

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
mia.az

1Mənbələr