AZ

Paris-2024: Selcan Maqsudova - “14 nömrə”

Paris-2024 Yay Olimpiya Oyunlarının batut gimnastikası yarışları sabah keçiriləcək.

İdman.biz xəbər verir ki, iştirakçıların təsnifat mərhələsində çıxış edəcəkləri sıralama bəlli olub.

Olimpiadalar tarixində ilk dəfə bu növdə təmsil olunacaq Azərbaycan idmançısı Selcan Maqsudovada sıra nömrəsini bilib. O, 14-cü çıxış edəcək.

Ümumilikdə isə təsnifat mərhələsində 16 gimnast mübarizə aparacaq. Yarış Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

8 ən yaxşı final mərhələsində adlayacaq. Mükafatlar uğrunda həlledici raund saat 15:50-də start götürəcək.

Qeyd edək ki, Paris-2024-ün batut gimnastikası yarışları bir günü əhatə edəcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
idman.biz

1Mənbələr