AZ

Çempion olan qızlardan milli rəqs

Reqbi-7 üzrə Yeni Zelandiyanın qadınlardan ibarət komandası Paris Olimpiadasında qələbəni qeyri-adi şəkildə qeyd edib.

Finalda Kanadaya qalib gələrək (19:12) çempion olan qızlar ölkələrinin milli ritual rəqsi ilə qələbəni bayram ediblər. Xaka adlanan rəqs zamanı ifaçılar ayaqlarını möhkəm yerə vurur, budlarına və sinələrinə zərbə endirir, qışqırır, müxtəlif sözlər söyləyir və sifətlərinin mimikasını dəyişdirirlər.

Xatırladaq ki, Yeni Zelandiya komandası tarixində ikinci dəfə olimpiya çempionu olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
futbolinfo.az

1Mənbələr