AZ

Əməkdar artist Zemfira Nəcəfova vəfat edib

Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, respublikanın Əməkdar artisti Zemfira Nəcəfova avqustun 1-də 74 yaşında vəfat edib.

Zemfira Musabala qızı Nəcəfova 1 aprel 1950-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri 173 saylı orta məktəbdə oxuyub (1958 – 1969). Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1970 – 1975). Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. 1975-ci ildən bu kollektivin truppasında çalışıb.

Z.Nəcəfova teatrda 60-dan çox səhnə əsərində, həmçinin bir neçə teleserialda (“İzi itməyən cinayətlər”-Quda, “Şirin yalan”-Zemfira nənə, “Günəşim ol” -Gülsüm nənə) maraqlı rollarda çıxış edib.

Тeatr sahəsində xidmətlərinə görə aktrisa 1979-cu ildə Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanına, 30 dekabr 2015-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
azpost.info

1Mənbələr