AZ

Beyləqanda Azərbaycan Dili Günü ilə bağlı tədbir - Fotolar

Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Azərbaycan dilinin inkişafında Heydər Əliyevin rolu” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bu vacib günün yaranma tarixindən, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına hər zaman böyük qayğı ilə yanaşmasından geniş bəhs edib.

Bildirilib ki, Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur və bugünkü tədbir də məhz bu amala xidmət edir.

Daha sonra Beyləqan RİH başçısı Əziz Əzizov çıxış etməsi üçün sözü Rayon Ağsaqqallar Şurasının sədri, keçmiş Azərbaycan dili və ədəbiyyatı müəllimi Etibar İmanova verib. E.İmanov mövzu ətrafında çıxış edərək dilimizin saflığı və mənəvi zənginliyini haqqında danışıb, ümummilli liderin bənzərsiz nitqlərində dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə etdiyini, ulu öndərin Azərbaycan dilinin bütün sahələrdə yayılması ilə bağlı ciddi işlər gördüyü və ana dilinə daim böyük əhəmiyyət verdiyini qeyd edib.






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
qafqazinfo.az

1Mənbələr