AZ

"Real Madrid"in baş məşqçisi: "Arda tarixin ən yaxşı mərkəz yartımmüdafiəçisi ola bilər"

İspaniya La Liqası və Çempionlar Liqasının son çempionu "Real Madrid" ABŞ-da hazırlıqlarını davam etdirir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Real" türkiyəli futbolçu Arda Gülərin də ilk 45 dəqiqə meydanda olduğu yoldaşllıq oyununda "Milan"a uduzub - 0:1.

Oyundan sonra jurnalistlərə açıqlama verən Karlo Ançelotti Arda Gülərdən danşıb. O, Ardann yaxşı formada olduğunu deyib: "Arda gələcəkdə yarımmüdafiədə oynasa, tarixin ən yaxşılarından biri ola bilər. Onun üçün ən yaxşı mövqe 10 nömrə və ya yarımmüdafiənin bir qədər sağındadır. Solda oynamaq onun üçün yaxşı deyil, çünki o, solayaqlıdır və sağda daha çox qol imkanları tapa bilir”.

Fərid Aslan

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
11
mia.az

10Mənbələr