AZ

ŞOK: Bu adam qatar qəzasında ölən şəxsin kəsilən ayağını OĞURLADI - FOTO+VİDEO

ŞOK: Bu adam qatar qəzasında ölən şəxsin kəsilən ayağını OĞURLADI - FOTO+VİDEO

ABŞ-nin Kaliforniya ştatında dəhşətli hadisə baş verib.

Sonxeber.az xarii mənbəyə istinadən xəbər verir ki, qatar qəzasında ölən şəxsin ayağını çıxaran 27 yaşlı gənc polis tərəfindən saxlanılıb. Qatarın vurduğu şəxs hadisə yerində dünyasını dəyişib, bədəni isə hissələrə parçalanıb.

Baş vermiş qəzadan sonra, hadisə şahidi polisə məlumat verib ki, bir kişi meyitin kəsilmiş ayağını yerdən götürüb və aparmağa çalışıb. Hadisə yerindən çəkilən və sosial şəbəkələrdə yayılan video görüntülərdə şübhəlinin meyitin kəsilmiş ayağı ilə yol kənarında getdiyi görünür.

Kadrlarda kişi əvvəlcə ayağı iyləyir və kameraya tərəf dönüb əlindəki ayağı yelləyir. Qısa müddətdən sonra şübhəli şəxs hadisə yerinə gələn polis qrupları tərəfindən saxlanılıb. Resendo Tellez adlı şübhəli hadisə yerindən dəlil götürdüyünə və əvvəllər törətdiyi digər cinayətlərə görə həbs edilib. Tellezin yaxın günlərdə məhkəmə qarşısına çıxacağı gözlənilir.

Yerli media mənbələrinin məlumatına görə, bu il ikinci belə hadisə olduğu bildirilib. Daha əvvəl, başqa bir qatar qəzasından sonra naməlum şəxs kəsilmiş insan əli ilə sığınacağa gələrək insanları qorxudub.

ŞOK:ŞOK:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
sonxeber.az

1Mənbələr